RU

Mətbuat Şurasında Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib — FOTOLAR

Azərbaycan Mətbuat Şurasında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. 8 noyabr Zəfər günü münasibəti ilə keçirilmiş görüşdə çıxış edən MŞ sədri Rəşad Məcid müqəddəs Zəfərimizin əldə edilməsinin tarixi əhəmiyyətindən söz açaraq, bu yolda böyük şücaət göstərmiş övladlarımıza ehtiramın müstəsna qədirbilənlik nümunəsi olduğunu vurğulayıb.

R.Məcid MŞ İdarə Heyətinin üzvü, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadənin təşəbbüsü ilə qazilərlə görüşün artıq xoş ənənəyə çevrildiyini vurğulayıb, məmnunluğunu dilə gətirib.

Toplantında çıxış edənlərdən MŞ sədrinin müavini Səadət Məmmədova, MŞ İdarə Heyətinin üzvləri – Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli Vətən müharibəsindəki tarixi Zəfərin xalqımızın taleyində mühüm rol oynadığını bildirərək, bu qələbənin qazanılmasında müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlığı dövlətçiliyimizin böyük mirası kimi səciyyələndiriblər. Onlar çıxışlarında, həmçinin, ərazi bütövlüyümüz və suverenliyimizin uğrunda canından keçmiş şəhidlərin  xatirələrinə ehtiramlarını bildiriblər.

Toplantıda, eyni zamanda, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin müharibə iştirakçıları olan bir qrup şəxsə diplomları da təqdim edilib. Birliyin sədri B.Məmmədzadə, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, II Qarabağ müharibəsinin veteranı, “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev və qazilər çıxışlarında 8 Noyabr Zəfərini xalqımızın ümumi amallar uğrunda mübarizə əzminin, birliyinin və vəhdətinin nümunəsi kimi dəyərləndirib, qürur və fəxarət səhnələri ilə zəngin döyüş xatirlərini bölüşüblər.

 

Избранный
43
8
demokrat.az

9Источники