RU

Doqquz il əvvəl qətl törədərək meyiti kanala atan şəxslə bağlı QƏRAR VERİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağcabədidə 9 il əvvəl qətl törətməkdə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum olunan Xəyyam Salahov yenidən məhkəməyə müraciət edib.
APA xəbər verir ki, məhkum apellyasiya məhkəməsinə müraciət edərək barəsində olan hökmün dəyişdirilməsini istəyib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub, şikayət təmin olunmayıb, hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2015-ci ilin oktyabr ayında Ağcabədi rayonunda baş verib.
İttihama görə, 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov 1956-cı il təvəllüdlü, xarici valyutanın alqı-satqısı ilə məşğul olan Valeh İsmayılovu yaşadığı Ağcabədi şəhərində boğaraq öldürüb, üzərində olan külli miqdarda pulu götürüb, meyitini su kanalına atıblar. Qətlin üstü xeyli sonra açılıb. V.İsmayılovun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.
Qətli törətməkdə şübhəli bilinən Salahov Xəyyam Abdulla oğlu və Məmmədov Namiq Qurban oğlu 2016-cı ilin fevral ayında saxlanılıblar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyyam Salahov və Namiq Məmmədovun hər biri 19 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər məhkəmə instansiyaları hökmü qüvvədə saxlayıb.
Избранный
94
50
oxu.az

10Источники