RU

Tutmanın olması həkim müşahidəsi ilə təsdiq edilməlidir

Tutmanın olması həkim müşahidəsi ilə təsdiq edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Bəzi hallarda təsvir olunan tutma və tutmadan sonrakı hal onun epileptik tutma olmasını qəbul etməyə əsas verərsə, qeyri-tibbi heyətdən olan vəzifəli şəxslər tərəfindən imzalanmış və komandirlər (rəislər) tərəfindən təsdiq edilmiş aktlar nəzərə alına bilər. Aydın olmayan hallarda yaşayış, təhsil, iş və hərbi xidmət yerlərindən məlumatları tələb etmək lazımdır.

 

“a” bəndinə aşağıdakılar aiddir:

 

  1. tez-tez baş verən tutmalar (ildə 3 və daha çox) və ya qıcolma tutmalarının ruhi ekvivalentləri, eləcə də şəhadətləndirilənin psixikasının proqressivləşən pozulmaları;

 

  1. dərman müalicəsinə dirəncli qıcolma tutmaları müşahidə edilən xəstələr.

 

“b” bəndinə nadir (ildə 3 dəfədən az) baş verən tutmalar, o cümlədən qıcolmasız paroksizmlər, ekvivalentlərsiz paroksizmlər və epilepsiya üçün xarakterik olan digər ruhi dəyişikliklər aiddir.

Избранный
35
heftelik.az

1Источники