RU

Şəkərli sular uşaqlarda bu xəstəlikləri yaradır


Gündəlik qidalanmaya daxil olan qazlı-şəkərli suların orqanizmə vurduğu zərərlərdən çoxları xəbərdar deyil.

Alimlərin fikrinə görə, gündə yarım litr qazlı-şəkərli su içmək xüsusilə uşaqlarda yaddaşın zəifləməsinə, nəfəs daralmasına və piylənməyə səbəb olur. Ona görə də həkimlər valideynlərə uşaqların şirin, qazlı sulardan istifadə etməsini minimuma endirməyi tövsiyə edirlər.

News24.az xəbər verir ki, şəkərli-qazlı içkilərin orqanizmə zərərli təsirinin həddindən daha çox olduğunu bildirən həkim litvali həkim Ayeste Urmana deyib: “Xüsusilə də sintetik qablarda olan rəngli və rəngsiz qazlı içkilərin 2 həftədən çox qalması  orqanizmə pis təsir göstərir. Plastik qabların tərkibindəki kimyəvi materiallar suyun tərkibinə keçərək orqanizmə zərər vurur”.

Aparılan laborator araşdırmalar göstərir ki, həddindən artıq şəkərli və qazlı su içənlərin qan təzyiqi çox vaxt yüksək olur, hətta insulta aparıb çıxarır, baş ağrıları dözülməz həddə çatır. Üstəlik şəkərli qazlı su şəkər xəstələrində şəkərin miqdarının artıra bilir.

Həkimin qeyd edir ki, orqanizmin suya olan tələbatını ödəməyin ən yaxşı yolu adi, təmiz saf su içməkdir.

Ağa


Избранный
67
1
news24.az

2Источники