RU

Donald Trampın liderliyi güclənir

Amerika Birləşmiş Ştatlarında keçirilən 60-cı prezident seçkilərində ölkənin 47-ci prezidenti seçiləcək.

Olaylar-ın Associated Press-ə istinadən verdiyi məlumata görə, Donald Tramp seçicilərin 52,5%-nin (42,520,660 səs) dəstəyi ilə 198 seçici səsini qazanaraq ABŞ prezident seçkilərində liderliyini möhkəmləndirib. Kamala Harris isə 109 seçici səsi ilə (37,452,293 səs) ikinci sıradadır.

Xatırladaq ki, seçkilərdə qalib gəlmək üçün namizədin 270 seçici səsi toplaması lazımdır.

Associated Press bütün ölkə üzrə seçki məntəqələrindən məlumat toplamağa davam edir və səslərin hesablanması hələ tam olaraq başa çatmayıb. Daha çox məlumat əldə olunduqca nəticələr dəyişə bilər. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
37
olaylar.az

1Источники