RU

Amerikalılar TƏŞVİŞDƏ – Seçkidən sonra toqquşmalar BAŞLAYACAQ?

Rekord sayda varlı ABŞ vətəndaşı seçkilərdən sonra müvəqqəti olaraq ölkəni tərk etmək niyyətindədir.

Arton Capital”ın sorğusunun nəticələrinə əsasən, amerikalı milyonerlərin 53%-i kimin qalib gəlməsindən asılı olmayaraq, seçkidən sonra ABŞ-ı tərk edəcəkləri ehtimalının olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün ABŞ-da prezident seçkiləri KEÇİRİLƏCƏK


Dünyadakı zəngin insanlara beynəlxalq miqrasiya ilə bağlı məsləhətlər verən beynəlxalq şirkət “Henley & Partners”, "heç vaxt indiki kimi tələbat görmədiyini" qeyd edib. Şirkətin özəl müştəri qrupunun rəhbəri Dominik Volek qeyd edib ki, onun müştəriləri arasında amerikalıların sayı ilk dəfə olaraq digər millətlərin nümayəndələrinin sayını ötməyə başlayıb.

Lesperance and Associates” qlobal vergi və immiqrasiya firmasının idarəedici tərəfdaşı David Lesperance, xaricə köçlə bağlı onunla əlaqə saxlayan ABŞ vətəndaşlarının sayının son bir il ərzində təxminən üç dəfə artdığını bildirib.

ABŞ milyonçularının seçkilərdən dərhal sonra ölkəni müvəqqəti tərk etmək niyyəti istər-istəməz noyabrın 5-dən sonra ölkədə qarşıdurmaların olması ehtimalından irəli gəlir.

Qeyd edək ki, 2020-ci ilin seçkilərindən sonra da nəticələrlə razılaşmayan Tramp tərəfdarları qarşıdurmalara gedərək 2021-ci ilin yanvarın 6-da Vaşinqtonda Kapitoliyə hücum etmişdilər.

ABŞ-ı yenidən vətəndaş qarşıdurması gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, bir vaxtlar başqaları üçün son dərəcədə cazibədar görünən ölkə indi təhlükələr mənbəyinə çevrilib:

“ABŞ-da seçkilərdə ümumiyyətlə narahatlıq yaşanır. Bundan əvvəlki seçkilərdə anlaşılmazlıqlar yarandı. Trampın dediyinə görə, o daha çox səs toplasa da məğlub oldu. Bu isə ədalətsizliyin zəfəri idi. İndi də insanlar qorxur ki, seçkilərdən sonra hər hansı bir namizəd narazı qalacaqsa, ölkədə iğtişaşlar başlaya bilər”.

Müsahibimizin fikrincə, bu vəziyyət Amerika cəmiyyətinin artıq parçalandığından xəbər verir:

“Ölkədə milli, dini, irqi, iqtisadi-sosial və humanitar zəmində böyük ziddiyyətlər var. Bu xüsusda da narazılıqlar artır. Amerikanın təbliğ etdiyi dəyərlər öz daxillərində axsaq bir vəziyyətdədir. Ona görə də insanlar qorxur. Ölkə daxilində parçalanma meylləri getdikcə güclənir, dərinləşir.

Belə vəziyyətdə də istər-istəməz insanlar qabaqlayıcı tədbirlər görərək, özlərini qorumağa çalışırlar.

Düşünürəm ki, narahatlığa böyük zəmin var. Neçə illərdir bunu müşahidə edirik. Qara dərili insanlara qarşı repressiyalar tətbiq olunur. Bir vaxtlar başqaları üçün son dərəcədə cazibədar görünən, bir ölkə indi təhlükələr mənbəyinə çevrilib. Ona görə də amerikalı insanlar çalışır ki, özlərini təhlükələrdən sığortalasınlar”.

Rüfət Sultan, Bizim.Media

Избранный
15
50
bizim.media

10Источники