RU

Əl-Cərvan: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirməlidir

Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti Əhməd Məhəmməd Əl-Cərvan Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarını gələcək fəlakətlərin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirməyə çağırıb.

Bu barədə Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə panel müzakirəsi zamanı deyib.

"Planetimiz sülh və sabitliyin təməllərini sarsıdan təhdidlərlə üzləşir. Biz yubanmadan hərəkət etməli, bütün maraqlı tərəfləri birliyə çağırmalıyıq. Təcavüz və zorakılıq aktları bizim sülh uğrunda mübarizədə birləşməyimizi tələb edir. Əməkdaşlığa çağırırıq: dini liderlərin sözləri bir olanda, onlar tolerantlıq və qarşılıqlı anlaşma əsasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilərlər", - o bildirib.

Əl-Cərvan, həmçinin vurğulayıb ki, Bakı sammiti iqlim dəyişikliyi ilə mübarizədə həlledici addımların necə atılmalı olduğuna nümunədir.

"Bugünkü tədbirin təşkilinə görə Azərbaycana minnətdarlığımı bildirir, ölkə hökumətinə qarşıdan gələn COP29 iqlim konfransında uğurlar arzulayıram", - o əlavə edib.

Избранный
38
sam.az

1Источники