RU

Hitlerin nəvəsiAlmaniyanınrəhbərliyinə gətirilir TƏHLİL

Heinrich Hitler Almaniyada hakimiyyətə gələcəyi təqdirdə bəşəriyyət hər cür fəlakətə, vəhşiliyə və qəddarlığa hazır olmalıdır

Dünyada baş verən insan qətliliamlarının, dağıntı və fəlakətlərin əsas müəllifləri insanlıq hissini itirən, bəşəri dəyərlərdən uzaq olan varlıqlar olublar. Onlar görkəmcə adi insanlardan fərqlənməsələrdə, daxilən vəhşi heyvani xislətə malik olublar. Çin imperatoru Sin Şi Xuandi, Qay Yuli Sezar Kaliqula, Böyük Britaniyanın siyasi lideri Oliver Kromvel, 1789-cu il Fransa inqilabının rəhbəri Fransua Mari İsidor de Robespyer, Rus çarı İvan Qroznıy, Çini lideri Mao Tszedun, Monqol-tatar imperiyasının qurucusu Cingiz xan, 1971-ci il çevrilişi nəticəsində hakimiyyətə gəlmiş Uqanda diktatoru İdi Amin Dada, Belçikanın və Konqo hökmdarı İkinci Leopold, Faşist Almaniyasının hökmdarı Adolf Hitler İtaliya lideri və SSRİ rəhbəri olmuş İosif Stalinin də adlarını bu siyahıya əlavə etsək, o zaman faktlara istinadən qeyd etmək olar ki, məhz bu baş kəsənlərin öldürülsünlər" əmrləri nəticəsində bəşəriyyətin 550 milyona yaxın insanı yarımçıq talelər yaşayıblar. Araşdırmalarla təsdiq olunur ki, bu vəhşi liderlər hələ uşaq ikən öldürmək, dağıtmaq haqqında düşünüb və düşündüklərini bəzən gizli, bəzən isə açıq formada icra ediblər. Belçikanın kralı və Konqo hökmdarı olmuş İkinci Leopold hələ 6 yaşı olarkən it və pişikləri kütləvi şəkildə zəhərləməkdən zövq almış, 9 yaşı olarkən atasının yatan iki dostunu kəsici alətlə öldürmüşdür. Sonralar Belçikanın və Konqonun hökmdarı olarkən vəhşi əməllərini minlərlə insanı öldürməklə davam etdirmişdir. O, 1865-ci ildə taxta çıxıb və hakimiyyət də yerini möhkəmləndirdikdən sonra sadə insanlı öldürməklə kifayətlənməyib, işğal altında saxlanılan Konqo əhalisinə misli görünməmiş divan tutmuşdur. Leopold Afrikada Belçikanın ərazisindən 76 dəfə böyük olan əraziləri zəbt etmiş və qəddar üsul idarəsi ilə milyonlarla Konqo vətəndaşını öldürmüş, şəhər və qəsəbələrini xarabazarlıqlara çevirmişdir. Faşistlərin rəhbəri, sonralar Almaniyanın lideri olmuş Adolf Hitlerdə hələ uşaq ikən adam öldürmək, insanlara əziyyət vermək və xarabazarlıqlara çevrilən yaşayış məskənlərini görməkdən zövq almışdır. 12 yaşında ailəvi dostluq etdikləri fermer dostlarının evlərinə od vurub yandırmaqla 7 nəfərin həyatına son qoymuşdur. Faşist Almaniyasının rəhbəri olduqdan sonra Adolf Hitler uşaq ikən öldürdüyü 7 nəfərin sayını 70 milyona çatdırılmasında rol almışdır. Ümumiyyətlə gəlinən qənaət ondan ibarətdir ki, Avropa bəşəri varlıqları məhv etmək, şəhər və qəsəbələri dağıtmaq, tarixi memarlıq nümunələrini yer üzündən silmək üçün əsas yetişdirilən torpaqlar olub. Xüsusilə Almaniya və Fransa torpaqları insanlığa düşmən kəsilən ərazilər olub. Daim bu ərazilərdən dünyaya təhdidlər olub, hədə və mesajlar ünvanlanıb. Faşizm bəşəri bəla olmaqla insanlıq üçün ən qorxulu kabus olduğunu desək səhv etmərik. Düşünmək olar ki, artıq nasizm yoxdur, faşizm tamamilə sıradan çıxarılıb.

Almaniya hökuməti hər ilə dövlət büdcəsindən nasist təşkilatlarına milyardlarla dollar vəsait ayırır

Təəssüf hissi ilə vurğulamaq lazımdır ki, bu gün də Almaniya, Fransa, Niderland və digər ölkələrdə nasizm dərnəkləri tədricən dirçəlir və dünyanı yeni müharibələr və münaqişələrlə hədələyir. Hətta Almaniya hökuməti hər ilə dövlət büdcəsindən nasist təşkilatlarına milyardlarla dollar vəsait ayırır. Bu heç də hazırkı O. Şolts hakimiyyətinin tamamilə nasizmə təslim olması anlamı yaratmamalıdır. Sadəcə Hitlerin qurduğu sistem tədricən oyanır və güclənir. Məhz gücün qarşısında duruş gətirə bilməyən hazırkı hakimiyyət tədricən faşizmə təslim olur. Eyni ilə iyirminci əsrin əvvəllərində olduğu kimi. O dövrdə də faşizm ideologiyası tədricən formalaşıb və inkişaf etmişdir. 1921-ci il də nasistlərin sıralarında 350 minə adam təmsil olunurdu. Dəfələrlə yerli hakimiyyət faşist ideologiyasının təmsilçilərini sıradan çıxartmağa çalışsa da, istəklərinə nail ola bilməmişlər. Faşist hərəkatı siyasi partiyaya çevrildikdən sonra bir qədər də güclənmiş və mübarizliyinə görə daha amansız xarakter almışdır. Hitlerin qurduğu sistem yarandığı vaxtdan bir neçə dəfə dövlət çevrilişlərinə cəhdlər göstərdilər. Lakin bütün cəhdləri amansızlıqla yatırıldı. Onlarla nasist öldürüldü, yüzlərlə nasist isə həbsxanalara atıldılar, lakin yenə də mübarizlərindən geri çəkilmədilər. Nəhayət, növbəti dövlət çevrilişlərinin biri uğurlu sonluqla yekunlaşdı. İtaliyada Mussolini kral III Emmanuilini taxtdan uzaqlaşdırmaqla hakimiyyəti ələ keçirdi. 1922-ci il dekabrın 15-də Mussolini başda olmaqla "Böyük faşist Şurası yaradıldı. O, İtaliya faşist iyerarxiyasının ali hakimiyyət orqanı idi. BFŞ həm qanunvericilik, həm də icraedicilik səlahiyyətlərini öz üzərinə götürmüşdü.Mussolini gəncləri faşist partiyası ətrafında toplamaq üçün bütün gənclər və uşaq təşkilatlarını yarım hərbi gənclər təşkilatında-İtaliya fəxri keşikçisi təşkilatında birləşdirdi. Təşkilatın başlıca şüarı – "İnanmaq, tabe olmaq, döyüşmək!" idi. Sonra məhz bu şüarla italiya faşistləri Almaniya lideri olan Adolf Hitlerin rəhbərliyi ilə bəşəriyyətə uzun əsrlər unudulmayacaq faciələr yaşatdılar. Almaniyada ilk faşist təşkilatı 1919-cu il yanvarın əvvəllərində Anton Drekslerinin rəhbərliyi ilə "Alman fəhlə partiyası" adı ilə yaradılsada sonradan hərəkatın adı dəyişdirilmişdir. Daha doğrusu yeni yaranan "Alman nasional sosialist fəhlə partiyası"nın rəhbəri Adolf Hitler seçilmişdi. 1923-cü ilin noyabrında nasistlər Veymar respublikasına qarşı "milli inqilab", "pivəxana qiyamı" təşkil etməyə cəhd göstərmişdilər. Qiyam baş tutmamışdı. "Pivəxana qiyamı"nın təşkilatçılarından biri kimi Hitler tutularaq 5 il həbsə məhkum edilmişdi. Hitlerin həbsindən sonra alman faşist hərəkatında səngimə baş verdi. Partiya daxilində ikitirəlik yarandı. Hitlerin razılığı olmadan 1924-cü ilin avqustunda keçirilən qurultayda NSDAP və DAP "Azad nasional-sosialist partiyası" adı altında birləşdilər. Lyudendorf, Grefe və Qriqori Ştrasserlər partiyanın rəhbərliyinə seçildilər. Həbsxanadan çıxan A.Hitler 1924-cü ilin dekabrında NSDAP-ın bərpa olunduğunu elan etdi. Hitlerin təşəbbüsü ilə hələ 1921-ci ildə yaradılmış "Hücumçu dəstələri (SA)" və 1923-cü ildə təşkil olunan "Müdafiə dəstələri (SS)" genişləndirildi. 1927-ci ildə isə H.Himmler SS-in reyxsfüreri təyin olundu. Hitler Adolf (Şiklqruber) (1889-1945)- Almaniya nasist partiyasının və dövlətinin başçısı. Avstriyanın Braunau şəhərində anadan olmuşdu. 1913-cü ildə Münxenə köçmüşdü. O, 1918-ci ildə Bavar Sovet Qırmızı ordusunun tərkibində olan ikinci korpusda yefreytor olmuşdur. Millətçi və antisemit "nəzəriyyə"lərin qatı tərəfdarı olması ilə fərqlənmişdi. 1919-cu ilin payızında o, A.Drekslerin təşkil etdiyi "Alman fəhlə partiyasına" (sonradan "Alman nasional-sosialist fəhlə ittifaqı") daxil olmuşdu. 1920-ci ildən "Alman nasional-sosialist fəhlə partiyası"nın lideri (füreri) olmuşdu. 1923-cü ildə "pivəxana qiyamı" adlandırılan dövlət çevrilişi cəhdinə görə həbs olunmuşdur, Həbsdə olarkən tanış olduğu Rudolf Gessle birlikdə "Mayn kampf ("Mənim mübarizəm") kitabını yazmışdı. Kitab tarixə faşist təcavüzkarlığının proqram sənədi kimi daxil olmuşdur. Bu kitabın nəşrindən sonra A. Hitler Almaniyanın ən populyar və varlı adamlarından birinə çevrilmişdi. Ölkədə böyük nufuz qazanması A.Hitlerə hakimiyyəti ələ keçirməyə həvəsləndirdi. A.Hitler 1933-cü ildə Üçüncü reyxin, 1934-cü ildə isə totalitar nasist diktaturasının reyx kansleri, və nəhayət rəhbəri seçilmişdir. Dünaynın qara günləri də bundan sonara başlamışdır. 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında 10 il müddətinə bir-birinə hücum etməmək haqqında müqavilə imzalansa da sonradan Hitler razılaşmanı pozaraq 141-ci il uyulun 22-də SSRİ-yə hücum etdi. O günə qədər artıq faşistlər Polşa daxil olmaqla bir neçə Avropa ölkəsini işğal etmişdilər. Bu elə məqam idi ki, İngiltərə, Fransa, Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşulmuşdular, ABŞ isə bu gün ki, hiyləgər və məkrli siyasətinə uyğun olaraq o zaman özünü bitərəf dövlət elan etmişdir. Sonradan ABŞ-da müharibəyə qoşulmaq məcburiyyətində qaldı və beləliklə müharibədə döyüşən dövlətlərin sayı 60-a yüksəldi.

İkinci dünya müharibəsində 1,8 milyard insan iştirak etmişdir

İkinci Dünya müharibəsində dünya əhalisinin 85 faizi, yəni 1, 8 milyard insan iştirak etmişdir, onlardan 120 milyonun əlində silah bir-birini məhv etməyə çalışmışlar. Ən qanlı savaş Almaniya ilə SSRİ arasında baş verdi. A.Hitlerin "Barbarossa" strateji planına görə, üç həftə ərzində SSRİ məğlubiyyətə uğramalı idi. Bu məqsədlə faşist Almaniyası 6 milyona yaxın canlı qüvvə olmaqla 190 diviziya, 4300 tank, 47 min top və minaatan, 4980 döyüş təyyarəsi və 192 döyüş gəmisindən ibarət qüvvə ilə SSRİ-nin ilhaqı üçün hücuma keçdilər. Faşistlər elə hesab edirdilər ki, böyük əraziyə və çoxmillətli dövlətə malik sovetlər hücum etməklə xalqlar mərkəzi hakimiyyətlə əlaqələrini kəsib, müstəqilliyə və suverenliklərinin qorunmasına can atacaqlar. A.Hitler bu barədə demişdir: "Rusiyanın geniş ərazisində yaşayan xalqlara münasibətdə siyasətimiz istənilən formada fikir ayrılığı və parçalanmanı təqdir etməkdir". Lakin nasistlərin uzaqlara hesablanan planları iflasa uğradı. O zaman SSRİ-ni öz dövlətləri hesab edən xalqlar vahid bayraq altında birləşməklə faşizm kimi yırtıcı düşmənə qarşı birgə mübarizə apardılar. Amansız müharibə SSRİ-nin faşizm üzərində qələbəsi ilə başa çatdı. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra məlum olmuşdur ki, müharibə zamanı 70 milyondan çox adam həyatını itirib, 200 nəfər insan isə yaralanıb. Ölən insanlardan 30 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və digər dövlətlərin payına düşmüşdü. Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqının da müstəsna payı olmuşdur. Lakin 350 minə yaxının insanın itkisi, on minlərlə övladının yaralanması, əlil olması bahasına. Müharibədə azərbaycanlılar böyük qəhrəmanlıq və şücaət göstərmişlər. Bu qəhrəmanlıqların səsi sorağı bütün dünyaya yayılmışdır. Mehdi Hüseynin, Hüseynbala Əliyevin, Həzi Aslanovun, Qafur Məmmədovun və digər bu kimi qəhrəmanların göstərdikləri şücaətlərdən qalaq-qalaq kitablar yazılıb, məqalələr dərc olunub. Azərbaycan qələbənin əldə olunmasında nəinki insan resursları, eləcə də yeraltı yerüstü sərvətləri ilə də yardımçı olmuşdur. Müharibə zamanı Azərbaycan sovet ordusunu fantastik formada neft və neft məhsulları ilə təchiz etmişdir. Hərəkət edən təyyarənin, tankın, avtomobilin 75 faizi Azərbaycan neftinin tədarükü hesabına hərəkət etmişdir. İkinci Dünya müharibəsindən sonra Almaniya ordu saxlamaqdan, hərbi texnika istehsal etməkdən və onu dünya bazarına çıxarıb satışını təşkil etməkdən məhrum edilmişdir. Bununla bağlı SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin 1945-ci il Yalta görüşündə razılaşma əldə edilmiş və bununla bağlı sənəd imzalamışlar. Lakin SSRİ-nin süqutundan sonra imzalanan saziş aktuallığını itirdi. Hazırda Almaniya öz hərbi sistemini qurmaqdadır. Daha doğrusu hərbi gücünə görə Almaniya heç də digər Avropa dövlətlərindən geri qalmır. Müasir hərbi silah sursat istehsal etməklə onu digər dövlətlərə də satışını həyata keçirir.

Növbəti dönəm üçün Almaniyada hakimiyyətdə Hitlerin nəvəsi B. Hitler olacaq

Almaniyanın getdikcə daha çox faşist ideologiyasına meyil göstərməkdədir. Hətta Almaniya ilə yanaşı Hitler dönəmində olduğun kimi, Avropanın bəzi bölgələrində də faşist dərnəklərinin yaradılması işi aparılır. Bunla bağlı hökumət 20 milyard avro vəsaitdə ayırıb. Bəzi hallarda Almaniyanın dünyada gedən münaqişələri, müharibələri qızışdırması, onları maliyyə və hərbi silah sursatla təchiz etməsi də məhz yeni yaranan nasistlərin sifarişi və dəstəyi nəticəsində baş verir. Almaniya dövləti faşist ideologiyasının məqsəd və vəzifələrinin gənclər arasında daha geniş təbliğ edilməsi məqsədi ilə Adolf Hitlerin qələmə aldığı "Mayn kampf ("Mənim mübarizəm") kitabını yeni formada çap etməklə yayımını həyata keçirir. Bütün bunlar isə təhlükəlidir. Çünki dünyada baş verən müharibələrin, münaqişələrin statistikası təsdiq edir ki, son iki yüz il də bəşəriyyətə ən böyük faciələri, insan qırğınlarını Almaniya yaşadıb. Yəni Almaniya bəşəriyyətə və insanlığa təhlükə yarada biləcək dövlətdir. Günün birində bu təhlükəli rejim hansısa ölkəyə hücum etsə, bu heç də təəccüblü görünməyəcək. Çünki insanları kütləvi şəkil də öldürmək, şəhər və qəsəbələri varan edib, xarabazarlıqlara çevirmək, faşizmin yetişdirdiyi Almaniya hakim rejiminin əsas niyyəti, vəzifəsi və məqsədidir. Digər tərəfdən nəzərə almaq lazımıdır ki, hazırda Almaniyada nasizm partiyaya çevrilir və onun rəhbəri isə A.Hitlerin nəvəsi Heinrich Hitler olacaq. Bu isə onu deməyə əsas verir ki, indiki hakimiyyətin sonuna az qalıb. Və növbəti dönəm üçün Almaniyada hakimiyyətdə Hitlerin nəvəsi H. Hitler olacaq. Ona görə də, bəşəriyyət hər cür fəlakətə, vəhşiliyə və qəddarlığa hazır olmalıdır.

İLHAM ƏLİYEV

Избранный
25
2
sia.az

3Источники