RU

Birbank Biznesdən yeni loyallıq proqramı: bonuslar

Birbank Biznes korporativ müştərilərinin ehtiyaclarını qarşılamaq və onlara daha yaxın olmaq məqsədilə yeni loyallıq proqramını təqdim edir.

Birbank Biznes-dən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan layihə çərçivəsində müştərilər bank əməliyyatlarını həyata keçirdikcə bonuslar qazanacaq və topladıqları bonusları əməliyyatlar zamanı istifadə edə biləcəklər.

Yeni loyallıq proqramının əsas xüsusiyyətləri:

Bonus qazanmaq imkanı: Həyata keçirilən hər bir ölkədaxili köçürmə, ölkəxarici köçürmə və valyuta mübadiləsi əməliyyatı müştərilərə bonuslar qazandıracaq. Bu, hər bir əməliyyatın müştərilər üçün əlavə dəyər yaratması deməkdir. Bonusların toplanması Birbank Biznes istifadəçilərinin gündəlik biznes fəaliyyətlərini daha da sərfəli hala gətirir.

Bonusların istifadəsi: Toplanan bonuslar müştərilərə gələcək bankdaxili əməliyyatlarının komissiyalarını qismən və ya tam ödəmək imkanı yaradır. Bu, əməliyyat xərclərini optimallaşdırmağa və maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verir. Bu isə müştərilər üçün sərfəli olmaqla yanaşı, həm də onlara bizneslərinin maliyyə idarəetməsini gücləndirmək imkanı yaradır.

Избранный
71
26
publika.az

10Источники