Dağıstanda mülki və hərbi obyektlərdə təhlükəsizlik rejimi gücləndirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə region rəhbərinin Teleqram kanalı məlumat yayıb.
Qeyd edək ki, PUA hücumu səbəbindən Mahaçqala hava limanında bütün reyslər qeyri-müəyyən müddətə dayandırılıb. Kaspiyskdə PUA hücumu insidenti səbəbindən aeroport qeyri-müəyyən müddətə bağlanıb.