RU

BOKT-ların müqayisəsi: Kim güclüdür - «Regional BOKT», yoxsa «Finex Kredit BOKT»? - RƏQƏMLƏR

BOKT-lar (Bank Olmayan Kredit Təşkilatları) Azərbaycanın maliyyə bazarında mühüm rol oynayaraq, xüsusilə kredit portfelində fəaliyyətlərini genişləndirirlər.

FED.az biznes va maliyyə xəbərləri portalı “Regional BOKT” və “Finex Kredit BOKT”-un maliyyə göstəricilərini və son dörd il ərzində baş verən dəyişiklikləri araşdırıb. Hər iki təşkilatın aktivlər, öhdəliklər, kapital və xalis mənfəət üzrə göstəriciləri analiz olunaraq üstün və zəif tərəfləri üzə çıxarılır.

“Regional BOKT” və “Finex Kredit BOKT”-un maliyyə göstəricilərinin təhlilində ilk olaraq aktivlər üzrə fərqliliklər nəzərə çarpır. İlk baxışdan hər iki qurumun aktivlərinin həcmi təqribən yaxındır, amma dinamika, yəni aktivlərin artıb-azalma istiqaməti fərqlidir.

Belə ki, 2023-cü ildə «Regional BOKT»un aktivləri 80%-dən çox artaraq 3 milyon 161 min manata yüksəlib. «Finex Kredit BOKT»un aktivləri isə, əksinə, məbləğ baxımından daha yüksək olsa da, 2023-cü ildə əvvəlki ilə nisbətən 23,5% azalıb. Yəni aktivlərin həcmi «Finex Kredit BOKT»da daha artıq olsa da, artım dinamikasında üstünlük «Regional BOKT»dadır.

Min manat

Göstəricilər

Min manat

Regional BOKT

BOKT-lar

Finex Kredit BOKT

3 161

Aktivlər 2023

(min manat)

3 940

1 753

Aktivlər 2022

(min manat)

5 154

80,3% / 1 408

Aktivlərin dəyişməsi 

(% / min manat)

-23,5 / -1 214

 

Aktivlərin dinamikasına dair cədvəl göstərir ki, ümumiyyətlə, son 4 ildə “Regional BOKT”un aktivləri davamlı artıb və 2020-ci ildəki 445 min manatdan 2023-cü ildə 3 161 min manata yüasəlib. Bu - dövr ərzində 7 dəfədən çox artım deməkdir.

«Finex Kredit BOKT»da isə 2020-ci ildə aktivlər 8 613 min manat olduğu halda, növbəti illərdə azalma baş verib və 2023-cü ildə bu göstərici 5 154 min manata enib. 4 il ərzində ümumi azalma 40% təşkil edib.

 

Aktivlər

Min AZN

2020

2021

2022

2023

Regional BOKT

445

1 216

1 753

3 161

Finex Kredit BOKT

8 613

5 631

3 940

5 154

 

Regional BOKT

Aktivlər dinamika

Finex Kredit BOKT

173,2%

2021

-34,6%

44,1%

2022

-30%

80,3%

2023

30,8%

99,2%

2021-2023 (orta)

-33,8%

 

Öhdəliklərin həcmiüzrə

Öhdəliklərin həcminə gəlincə, 2023-cü ildə «Regional BOKT»un öhdəlikləri 2 843 min manat olduğu halda, «Finex Kredit BOKT»un öhdəlikləri 3 199 min manat olub. Son bir ildə «Regional BOKT» öhdəlikləri artıb, lakin «Finex Kredit BOKT»da azalma baş verib.   

Öhdəliklər

Min AZN

2020

2021

2022

2023

Regional BOKT

14

716

1 237

2 843

Finex Kredit BOKT

6 951

4 743

4 931

3 199

Kimin nə qədər borcu var?

«Regional BOKT»un öhdəliklərinin 1,7 milyon manatı alınmış kreditlər, 434 min manatı digər öhdəliklər, 675 min manatı isə borc qiymətli kağızlar – istiqrazlar üzrə öhdəliklərdir.

Son bir ildə BOKT-un aldığı kreditlərin həcmi  1,2 milyon manat, digər öhdəlikləri 158 min manat, istiqrazlar üzrə öhdəliklər isə 255 min manat artıb. Üstəlik, «Regional BOKT» son bir ildə maliyyə sektorundan da borc almağa başlayıb, bu əslində yaxşı göstərici sayıla bilər –təşkilatın özünün kredit verməsi üçün kənardan vəsait cəlb etməsi onun kredit satışının qaydasında olduğunu göstərir.

«Finex Kredit BOKT»da isə əksinə borcların bağlanması prosesi gedir. 2023-cü ildə  «Finex Kredit» öz səhmdarlarına olan 3 milyon 800 min manat borcun 3 milyonunu bağlayıb. Eləcə də digər şəxslərə olan 780 min manat borcun 440 min manatı qaytarılıb. Əvəzində BOKT- kənardan istiqrazlarla cəlb olunan vəsaitləri artırıb – 2022-ci ilin sonunda  «Finex Kredit»in 337 min manatlıq istiqrazı dövriyyədə idisə, 2023-cü ildə bu rəqəm 1 milyon 224 min manata yüksəlib.

Eyni zamanda ötən il  «Finex Kredit BOKT»un 620 min manatlıq digər öhdəlikləri peyda olub.

Kapital göstəricisi

Müqayisə olunan BOKT-ların kapital göstəriciləri fərqlidir. Əvvəla ondan başlayaq ki, «Regional BOKT»un səhmdarları indiyədək buraya nizamnamə kapitalı olaraq 500 min manat yatırıblar.

«Finex Kredit BOKT»un səhmdarları daha səxavətlidirlər – 2022-ci ildə 800 min manat olduğu halda, 2023-cü BOKT-a daha 700 min manat yatırılıb və nizamnamə kapitalı 1,5 milyon manata yaxınlaşıb, Hərçənd əvvəlki illərdə baş verən zərərlər bu rəqəmin 750 min manatını «əridib».

Son 4 il üzrə kapital göstəricilərinə nəzər saldıqda, «Regional BOKT»un kapitalında dalğalanmaların olduğu görünür. 2020-ci ildə 431 min manat olan kapital, 2021-ci ildə 500 min manata, 2022-ci ildə isə cüzi artımla 516 min manata çatmışdı. 2023-cü ildə kapitalda azalma müşahidə olunaraq 318 min manata enib.

«Finex Kredit BOKT»un kapitalı isə 2020-ci ildə 1 662 min manat olduğu halda, 2021-ci ildə kəskin azalaraq 887 min manata düşüb. 2022-ci ildə isə ciddi bir azalma ilə 43 min manata qədər enən kapital göstəricisi, 2023-cü ildə yenidən artaraq 741 min manata çatıb.

Kapital

Min AZN

2020

2021

2022

            2023

Regional BOKT

431

500

516

318

Finex Kredit BOKT

1 662

887

43

741

 

BOKT-un «çörək ağacı» - Kredit portfellərinin müqayisəsi

Kredit portfeli üzrə göstəricilərdə, Regional BOKT-un kredit portfeli 2023-cü ildə 2,696 min manat olduğu halda, Finex Kredit BOKT-un kredit portfeli 2,845 min manat təşkil edir. Bu, kredit portfelinin ümumi həcminə görə Finex Kredit BOKT-un az da olsa üstünlük təşkil etdiyini göstərir, lakin Regional BOKT-un kredit portfelindəki artım tempinin daha sürətlə irəlilədiyini göstərir ki, bu da gələcəkdə bu fərqi azalda biləcəyini ehtimal etdirir.

Kredit portfeli

Min AZN

2021

2022

2023

Regional BOKT

775

1 277

2 696

Finex Kredit BOKT

3 568

3 592

2 845

 

Gəlir-xərclər nə qədərdir?

Mənfəət göstəricilərinə keçməzdən əvvəl BOKT-ların əsas gəlir maddəsi- faiz gəlirlərinə baxmaq yerinə düşər.

«Finex Kredit BOKT»da 2022-ci ildə faiz gəlirləri 807 min manat olduğu halda, 2023-cü ildə bu məbləğ  921 min manata yüksəlib – 14% artım. Faiz xərcləri isə 511 min manatdan 148 min manata düşüb  - öhdəliklərin azalması özünü göstərib. 

«Regional BOKT»da isə 2022-ci ildə 345 min manat olan faiz gəlirləri 2022-ci ildə 545 min manata çatıb – 58% artım. Bu dövrdə BOKT-un faiz xərcləri əksinə kəskin artıraq 125 min manatdan 263 min manata yüksəlib.

Digər maraqlı göstərici BOKT-ların qeyri-faiz xərcləri, yəni əməliyyat inzibati, əmək haqqı xərcləridir.

«Regional BOKT»da ötən il əmək haqqı xərcləri 333 min manata yüksəlib, BOKT ilk dəfə işçilərinə mükafat da yazıb. Digər inzibati xərclər isə 154 min manata yaxın olub. Nəticədə «Regional BOKT»un qeyri-faiz xərcləri 180 min manatdan 480 mmin manata sıçrayıb – 2,7 dəfə artım.  

«Finex Kredit BOKT»da qeyri-faiz xərcləri də yüksəkdir, amma burada dəyişiklik azalmaya doğrudur. Belə ki, 2022-ci ildə BOKT əmək haqqı, inzibati və sair xərclərə 825 min manat  xərcləmişdisə, 2023-cü ildə bu rəqəm 779 min manata düşüb – 5% azalma.

Əsas məsələ - hansı BOKT sahibinə daha çox qazanc gətirir?

«Regional BOKT» və «Finex Kredit BOKT»un xalis mənfəət göstəricilərinə əsasən, hər iki təşkilatın maliyyə nəticələrində müəyyən fərqlər ortaya çıxır. Lakin hər iki BOKT-da ümumi cəhət var – təşkilatlar hələ də normal gəlirə çıxıb, öz sahiblərinə qazanc gətirə bilmirlər.

2021-ci ildə «Regional BOKT» xalis mənfəətdə neytral nəticə göstərərək sıfır mənfəətlə balansda qalıb, 2022-ci ildə isə bu göstərici müsbətə keçərək 35 min manat mənfəət əldə edib. Lakin 2023-cü ildə mənfəətlilikdə azalma müşahidə olunub və nəticədə Regional BOKT -198 min manat zərərə düşüb. Bu tendensiya göstərir ki, «Regional BOKT» qısamüddətli bir artım əldə etsə də, davamlı mənfəətlilikdə çətinlik çəkir.

Eyni dövrdə Finex Kredit BOKT-un maliyyə vəziyyəti daha fərqli bir şəkildə dəyişib. 2021-ci ildə -311 min manat zərər göstərən Finex Kredit BOKT-un zərəri 2022-ci ildə daha da dərinləşərək -644 min manata çatıb. Lakin, 2023-cü ildə Finex Kredit BOKT əvvəlki illərlə müqayisədə maliyyə vəziyyətini yaxşılaşdıraraq 4 min manat mənfəət əldə edib. Bu nəticə göstərir ki, Finex Kredit BOKT maliyyə vəziyyətindəki çətinlikləri aradan qaldıraraq mənfəətə keçid edib və maliyyə dayanıqlılığını bərpa etmə istiqamətində əhəmiyyətli addım atıb.

Xalis mənfəət

Min AZN

2021

2022

2023

Regional BOKT

0

35

-198

Finex Kredit BOKT

-311

-644

          4             

 

4 ilin mənfəəti

Regional BOKT-un 2020-2023-cü illər üzrə toplam xalis mənfəəti -167 min manatdır. Finex Kredit BOKT-un eyni dövr üzrə toplam xalis mənfəəti isə -755 min manatdır.

Bu məlumatlara əsasən, Regional BOKT-un toplam xalis mənfəəti Finex Kredit BOKT-dan daha az mənfi olub, yəni Finex Kredit BOKT-un zərəri Regional BOKT-un zərərini 4.5 dəfə üstələyib. Faiz baxımından isə Finex Kredit BOKT-un dörd il üzrə ümumi zərəri Regional BOKT-un zərərindən təxminən 352% daha çox olub. Bu rəqəmlər göstərir ki, hər iki BOKT zərər etsə də, Regional BOKT-un maliyyə nəticələri Finex Kredit BOKT-a nisbətən daha az mənfi olub.

 Xalis mənfəət

Min AZN

 2020

 2021

2022

2023

Regional BOKT

-4

0

35

-198

Finex Kredit BOKT

197

-312

-644

4

 

Gəlirlilik göstəriciləri ROA və ROE üzrə

2023-cü ildə Regional BOKT-un ROE göstəricisi -6,2% olub, Finex Kredit BOKT-un isə müsbət 0,5% olaraq qeyd edilib. Bu da göstərir ki, Finex Kredit BOKT-un kapitalın gəlirliyi müsbət istiqamətdədir. Aktivlərin gəlirliyinə (ROA) gəlincə, Regional BOKT-un göstəricisi -6.2% olub, «Finex Kredit BOKT»da isə 0,10% olub. Bu nəticələr, göstərilən dövrdə «Finex Kredit BOKT»-un daha səmərəli aktiv idarəçiliyinə işarə edir.  

Kapitalın gəlirliyi - ROE

ROE əmsalı

2022

2023

Regional BOKT

6,7%

-6,2%

Finex Kredit BOKT

-1,4%

0,5%

 

Aktivlərin gəlirliyi– ROA

ROA əmsalı

2022

2023

Regional BOKT

1,9%

-6,2%

Finex Kredit BOKT

-12,4%

0,10%

Избранный
38
fed.az

1Источники