RU

Modriçdən rekord

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun “Milan”la oyunu (1:3) 39 yaşlı yarımmüdafiəçi Luka Modriç üçün “Real”ın heyətində 99-cu olub.

Msport.az xəbər verir ki, bu göstəriciyə görə xorvatiyalı futbolçu Madrid klubunun sabiq yarımmüdafiəçisi Toni Kroosu qabaqlayıb və bununla da “Kral Klubu”nun tarixində Çempionlar Liqasında ən çox oyun keçirən yarımmüdafiəçi olub.

Ümumilikdə, Modriç çıxış etdiyi bütün klublarda Çempionlar Liqasında 131 matçda iştirak edib. Bu görüşlərdə xorvatiyalı futbolçu 9 qol vurub, 18 məhsuldar ötürmə edib. 39 yaşlı yarımmüdafiəçi 6 dəfə bu turnirin qalibi olub.

Избранный
31
msport.az

1Источники