RU

Trampın qələbəsi, manatın dollarla rəqabəti: Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ

Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Tramp oldu. Trampın qalib gəlməsi ilə dollar qlobal valyutalar qarşısında möhkəmlənir. Tramp dövrü qlobal ticarət üçün risk kimi göründüyü üçün qlobal fond bazarları açılış öncəsi ticarətdə böyük enişlər yaşayır.

Bəs dolların bahalaşması Azərbaycan və dünya iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov Publika.az-a açıqlama verib.

O diqqətə çatdırıb ki, Trampın daha çox dəstək alması həm də iqtisadi məsələlərlə bağlıdır:

“İlkin nəticələr göstərir ki, Donald Tramp prezident seçkilərinin qalibidir. Eyni zamanda Senatda Respublikaçılar yerlərin çoxuna malikdirlər. Gözlənir ki, digər qanunverici orqandanda da Respublikaçıların qalib gəlmə ehtimalı kifayət qədər yüksəkdir. Trampın daha çox dəstək alması həm də iqtisadi məsələlərlə bağlıdır. Ötən 4 il ərzində ABŞ-nın cəlb olunduğu müharibələr və gərginliklər həmçinin bu istiqamətə ayrılan vəsaitlər ölkə iqtisadiyyatına təsirsiz ötüşmədi. Rusiya-Ukrayna müharibəsi ABŞ-da ciddi inflyasiya yaratdı. Tramp isə digər iqtisadi güclərlə bağlı daha gözlənilməz iqtisadi qərarlar qəbul edir. Bunu Trampın ilk prezidentlik dövründə Çin Xalq Respublikası ilə olan münasibətlərində müşahidə etdik. Ötən 4 ildə də əslində Avropa İttifaqının, eləcə də ABŞ-ın Çin Xalq Resublikası ilə bağlı iqtisadi ələqələrində oxşar tendensiyanı gördük”.

Избранный
105
36
publika.az

10Источники