RU

Fərid Şahbazlı: COP29 yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi üçün mühüm platforma rolunu oynayacaq

Belarus xəbər portalında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məqalə dərc edilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Minsknews.by” xəbər portalında dərc olunan məqalədə “İslahatçı Gənclər“ İctimai Birliyinin sədri Fərid Şahbazlının COP29-un əhəmiyyəti barədə fikirləri yer alıb.
 

Məqalədə QHT sədri bildirib ki, Azərbaycan bu il Bakıda keçiriləcək COP29 beynəlxalq konfransına ev sahibliyi etməyə fəal şəkildə hazırlaşır. Bu tədbir qlobal ekoloji problemləri müzakirə etmək üçün dövlət rəhbərlərini və ekspertləri bir araya gətirir, beynəlxalq arenada ən mühüm və nüfuzlu tədbirlərdən biri hesab olunur.


F.Şahbazlı COP29-un iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi, qlobal miqyasda davamlı inkişafın təmin edilməsi və yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi üçün mühüm platforma rolunu oynayacağını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi töhfə və ölkənin bu sahədəki təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu təşəbbüslər ekoloji problemlərin həllinin yalnız qlobal birlik və həmrəylik sayəsində mümkün olması prinsipinə əsaslanır. Bu yanaşma təkcə ekoloji problemlərlə məhdudlaşmır, həm də bəşəriyyətin üzləşdiyi bütün böyük çətinliklərlə birgə mübarizə aparmaq üçün daha geniş ideyanı ehtiva edir.

O, həmçinin COP29-u “sülh prosesinin nəticəsi” adlandıran Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırladıb, eyni zamanda, Bakının iqlim müzakirələri günlərində barışıq çağırışını dəstəkləyən Qoşulmama Hərəkatına üzv ölkələrin mövqeyinə diqqət çəkib.

Bizim.Media

Избранный
18
1
bizim.media

2Источники