RU

Telefonu gün boyu istifadə etməsək belə niyə "zaryatka" bitir?

Telefonlarımızdan az istifadə etdiyimiz zaman belə şarjın azalması demək olar ki, hər kəsin qarşılaşdığı bir problemdir. Ağıllı telefonlar nə qədər bahalı və ya yeni olsalar belə, istifadə olunmadıqları anlarda da şarjlarını sərf etməyə meyllidirlər.

Bu problemi açıqlayan 4 əsas səbəb isə məsələnin düşündüyümüzdən daha mürəkkəb olduğunu göstərir.

1. Arxa planda işləyən tətbiqlər səssizcə şarjınızı sərf edir!
Bir çox istifadəçi telefonlarının batareya ömrünü dəyərləndirərkən yalnız aktiv istifadə etdikləri tətbiqləri nəzərə alır. Ancaq əslində məsələ belə deyil. Telefonunuz, arxa planda işləyən bir çox tətbiqi də dəstəkləmək məcburiyyətindədir. Məsaj bildirişləri, e-poçtlar, hətta GPS kimi yer xidmətləri telefonun ekranı bağlı olsa belə aktiv qalır və bu da batareyanızı davamlı olaraq sərf edir. Şarjınızın sürətlə tükəndiyini görmək istəyirsinizsə, Enerji Parametrlərindən hansı tətbiqlərin ən çox enerji sərf etdiyini yoxlaya bilərsiniz.

2. Zəif şəbəkə siqnalı: Telefonunuz siqnal axtararkən şarjı sürətlə sərf edir!
Xüsusilə səyahət edərkən telefonun siqnal axtarışı zamanı enerji sərfiyyatı inanılmaz səviyyələrə çata bilər. Telefonunuz siqnal axtararkən davamlı enerji sərf edir və bu, batareyanızın daha tez tükənməsinə səbəb olur. Səyahət zamanı enerji qənaəti etmək istəyirsinizsə, telefonunuzu uçuş rejiminə keçirə bilərsiniz.

3. Yüksək enerji sərf edən tətbiqləri nəzərdən keçirməkdə fayda var!
Bəzi tətbiqlər yüksək enerji sərfiyyatı ilə batareya ömrünüzü tezliklə azalda bilər. Xüsusilə sosial media tətbiqləri kimi çoxsaylı funksiyaya malik olan bu tətbiqlər arxa planda da işləməyə davam edir.

4. Batareya keyfiyyətini və zamanla aşınmanı da unutmaq olmaz.
Ağıllı telefon batareyalarının hamısı eyni keyfiyyətdə istehsal edilmir və batareyanın istehsal edildiyi materiala görə ömrü də dəyişir. Bəzi telefon batareyaları, aşağı keyfiyyətli komponentlər səbəbindən daha tez tükənə bilər. Hətta batareyanın istifadə müddəti keçdikcə şarj tutumu da azalır. Telefonunuzdan nə qədər az istifadə etsəniz də, batareyanız qaçılmaz olaraq zamanla güc itirəcək

Избранный
77
qlobal.net

1Источники