Futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Bizim.Media xəbər verir ki, yığmamız Bosniya və Herseqovina ilə ikinci matçına çıxıb.
Görüş bir gün əvvəlki kimi yenə Zenitsa şəhərində baş tutub. Dünənki qarşılaşmada 0:7 hesabı ilə uduzan Vitali Borisovun yetirmələri revanş ala bilməyiblər. Millimiz bu dəfə 1:5 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu Oktay Rüstəmli vurub.
Yoldaşlıq oyunu
5 noyabr
22:00. Bosniya və Herseqovina – Azərbaycan - 5:1
Qollar: Faruk Brkaniç, 6:14, 34:04, Bilal Jeliç, 10:35, 12:04, Josip Başkoviç, 28:43 - Oktay Rüstəmli, 24:26.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта