RU

Bişkekdə TDT-nin Zirvə görüşünün yekunları üzrə 16 sənəd imzalanıb - YENİLƏNİB

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə 16 sənəd imzalanıb və təşkilata sədrlik Qırğızıstana keçib.

Bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bildirib.

"Sammitin yekunları üzrə Bişkek Bəyannaməsi də daxil olmaqla 16 sənəd imzalanıb", - o qeyd edib.

XİN başçısı bildirib ki, Qırğızıstanın ticari-iqtisadi əlaqələr, nəqliyyat-logistika və təhlükəsizlik sahəsində TDT-nin inkişafı ilə bağlı öz baxışı var: “Biz təşkilatın inkişafı üzrə planların uğurla həyata keçiriləcəyinə ümid edirik”.

12:46

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə bir sıra sənədlər imzalanıb.

Bu barədə "Report"un Bişkekə ezam olunan əməkdaşı xəbər verir.

Buraya Bişkek Bəyannaməsi, "Yaşıl baxış. Dayanıqlı gələcək naminə birliyin qəbulu" qərarı, Bişkek şəhərinin 2025-ci il türk dünyasının rəqəmsal paytaxtı elan edilməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə, Türk Dünyası Xartiyasının qəbulu haqqında qərar, türk əməkdaşlıq təşkilatlarının bayraqları haqqında qərar daxildir.

"Cebheinfo.az"

Избранный
11
7
cebheinfo.az

8Источники