RU

“Miss Rusiya” Moskvada hava limanında SAXLANILDI – FOTO

“Miss Rusiya” və “Dünya gözəli 2015” yarışmasında ikinci yer tutan Sofiya Nikitçuk Moskvada Vnukovo hava limanında 12 milyon rubl dəyərində zinət əşyalarının qaçaqmalçılığında şübhəli bilinərək tutulub.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, o, İstanbuldan keçərək Nitsadan Moskvaya qayıdarkən hava limanının işçiləri tərəfindən saxlanılıb.
 

Yoxlama zamanı onun üzərində olan qızıl-zinət əşyaları diqqət çəkib. Belə ki, Nikitçuk müfəttişə "Patek Philippe" markalı saatını, həmçinin iki “Cartier” üzüyünü və boyunbağısını göstərib. O izah edib ki, bunları şəxsi əşyaları olduğu üçün bəyan etməyib.


Gömrükçülər əşyaları ekspertizaya təhvil veriblər. Mütəxəssislər zinət əşyalarının orijinal olduğunu və 750 əyar qızıldan hazırlandığını müəyyən ediblər.

İndi Sofiyaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci (strateji əhəmiyyətli malların qaçaqmalçılığı) və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 194-cü (gömrük rüsumlarını ödəməkdən yayınma) maddələri ilə iki cinayət işi açıla bilər. Bu maddələrlə onu 5 ilə qədər həbs cəzası gözləyir.









Bizim.Media

Избранный
53
bizim.media

1Источники