RU

Cənubi Koreyada nazirliklərin saytlarına kiberhücum edildi

Cənubi Koreyada Müdafiə və Ətraf Mühit Nazirliyi də daxil olmaqla bir çox nazirliklərin saytları kiberhücuma məruz qalıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin DDoS (distributed denial of service) hücumuna məruz qaldığını və bu hücuma görə saytın bir müddət xidmətdən kənar qaldığını bildirilib.

Nazirlik internet saytlarına kiberhücumların adi hal olmadığını bildirən rəsmi hücum edənlərin İP ünvanlarının bloklandığını açıqlayıb.
 
Baş Qərargahın internet saytında əlaqə problemi yaşandıqdan sonra Kiber Əməliyyatlar Komandanlığı məsələni araşdırmağa başlayıb.

Səlahiyyətlilər hücumun arxasında kimin ola biləcəyini araşdırır.

Cənubi Koreyanın kibertəhlükəsizliyə nəzarət orqanı Şimali Koreyadan mümkün kiberhücumlara qarşı xəbərdarlıq etmiş və yerli təşkilatları və müəssisələri məlumatların qorunmasına hazırlıqlarını artırmağa çağırmışdı.

 

Избранный
22
2
7news.az

5Источники