RU

Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi imzalanıb

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıb.

İqtisadiyyat Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə hazırlanan sənədin icrası TDT üzv dövlətləri arasında elektron ticarətin inkişafı, qanunvericiliyin uyğunlaşdırılması, gömrük tənzimləmələri, maliyyə texnologiyaları (FinTech) kimi mühüm istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirəcək.

Bununla yanaşı, təşkilata üzv dövlətlər arasında rəqəmsal ticarətdə istehlakçı hüquqlarının müdafiəsi və kibertəhlükəsizlik sahələrində imkanlarımızı birləşdirməyə töhfə verəcək.

Избранный
63
11
bakivaxti.az

10Источники