RU

Növbəti səyyar qəbul keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Vaqif Quliyev küçəsinin sakinləri ilə səyyar qəbul keçirib.

Qəbulda şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Sakinlərin müraciətlərinin həlli üçün görülən işlərdən danışılıb, dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə ətraflı məlumat verilib.

Görüşdə iştirak edən sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Избранный
27
naftalan-ih.gov.az

1Источники