RU

"Koroğlu"da COP-la bağlı istiqamət lövhələri hazırlanıb

"Koroğlu” stansiyasında COP29-la bağlı istiqamət lövhələri hazırlanıb. Bunu  Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov deyib. 

COP29-un əsas məkanı  "Koroğlu” stansiyasına yaxın olduğundan  ən mühüm nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət  göstərəcək. Əsas məqsəd müxtəlif nəqliyyat vasitələri, o cümlədən avtobus, taksi, fərdi avtomobillər və dəmiryolu xətti ilə gələn COP29 iştirakçıları və qonaqların "Koroğlu” stansiyasının keçidindən istifadə edərkən səmti düzgün müəyyən etməsinə yardımçı olmaqdır”, - o jurnalistlərə söyləyib. 
 
COP29 beynəlxalq tədbiri noyabrın 11-22 Bakıda keçiriləcək. 
 
Tədbir çərçivəsində bütün aiddiyatı qurumlar gücləndirilmiş iş rejimində çalışacaq. 
 
Aytac Zeynalova 

www.anews.az
Избранный
44
anews.az

1Источники