RU

Baş nazir Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb

Baş

Azərbaycanın Baş naziri Əli Əsədov Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.Görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi diqqətə çatdırılıb.Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Diqqət Çəkənlər

Tramp qələbəsini rəqs edərək qeyd edir - VİDEO

Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB

80-dən çox dövlətin liderləri COP29 çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammitində çıxış edəcəklər

Избранный
43
20
ulusum.az

10Источники