RU

AzMİU-nun “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı nüfuzlu beynəlxalq bazaya daxil edilib

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)“Tikintinin iqtisadiyyatı və menecment” jurnalı ICI Journals MasterList 2023-ə daxil edilib.

Bu, jurnala beynəlxalq səviyyədə elmi nüfuz qazandırmaqlayanaşı, onun daha geniş auditoriyaya çatmasına və tanınmasınaşərait yaradır.

Index Copernicus International (ICI) tərəfindən yayılanməlumatda bildirilir ki, “Tikintinin iqtisadiyyatı və menecment”jurnalı (ISSN: 2519-2507) 2023-cü il üzrə qiymətləndirməprosesindən uğurla keçərək, ICI Journals Master List bazasında yeralıb. Jurnalın 2023-cü ildəki fəaliyyəti əsasında onun parametrlərüzrə güc göstəricisi (ICV indeksi) hesablanıb və ICV 2023göstəricisi 50.57 olaraq müəyyən edilib. Bu göstərici, jurnalınelmi səviyyəsi və məzmun keyfiyyətinin beynəlxalq standartlarauyğun olduğunu təsdiq edir.

Bununla yanaşı, jurnalın “My Journals” bölməsində hər birqiymətləndirmə kriteriyası üzrə əldə olunan xalları əks etdirənətraflı qiymətləndirmə hesabatı təqdim olunub. Bu hesabat, jurnalınmüxtəlif meyarlar üzrə elmi və texniki keyfiyyətini təhlil etməkləredaksiya heyətinə inkişaf sahələrini müəyyənləşdirməkdə köməkedir.

Jurnalın beynəlxalq nüfuzunu daha da artırmaq məqsədilə Web ofScience (Emerging Sources Citation Index), Scopus, DOAJ və ERIHPlus kimi beynəlxalq bazalarda indeksasiya potensialınınaraşdırılması üçün xüsusi xidmətlər də təklif olunur. Bu xidmətçərçivəsində jurnala uyğun inkişaf strategiyası hazırlanır və onunbeynəlxalq elmi bazalara daxil olması üçün tələb olunan addımlarınsiyahısı təqdim edilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər,jurnalı daha geniş elmi ictimaiyyətə tanıtmaq və onun elmisəviyyəsini daha da artırmaq məqsədi daşıyır.

Избранный
15
2
az.trend.az

3Источники