“Donald Trampın 2024-cü il ABŞ prezident seçkilərində qalib gəlməsi ABŞ iqtisadiyyatı və texnologiya sektoru üçün yeni üfüqlər açır” – deyə, ASSIST Finance-in analitik komandası bildirir. Ekspertlər, Trampın biznes yönümlü siyasətlərinin böyük müəssisələrə vergi güzəştləri və tənzimləmə sadələşdirmələri kimi üstünlüklər yaratdığına işarə edirlər. Bu siyasətlərin texnologiya sektoruna xüsusi təsiri olacaq və NASDAQ indeksində yeni zirvələrə çatma potensialı güclənəcək.
ASSIST Finance-dən verilən məlumata görə, Trampın qələbəsi elan olunan gündən etibarən NASDAQ indeksində güclü bir dəstək səviyyəsi yaranıb. Məlumata əsasən, 20 000 punkt səviyyəsində göstərilən bu dəstək həm bazardakı risk iştahını artırır, həm də texnologiya sektoruna sərmayə marağını gücləndirir. Əgər NASDAQ 20 000 punkt səviyyəsinin üzərində qalsa, bu, xüsusilə texnologiya sektorunda inkişafın davam edəcəyinə dair güclü siqnal verir.
“NASDAQ-ın hazırkı dəstəyi texnologiya şirkətlərinə qlobal rəqabət şəraitində üstünlük qazandırır” – deyə, ASSIST Finance analitikləri vurğulayır. Trampın qlobal iqtisadiyyatda ABŞ-ın maraqlarını qorumağa yönəlmiş sərt addımları, Apple, Microsoft və Alphabet kimi texnologiya nəhənglərinin ABŞ bazarında mövqeyini gücləndirməsinə şərait yaradır.
ASSIST Finance ekspertləri həmçinin qeyd edirlər ki, “NASDAQ-ın 20 000 punkt üzərində dayanıqlı olması, investorlar üçün böyük fürsətlər yaradır və texnologiya sektorunun daha da yüksəlməsi üçün şərait formalaşdırır.”
Qeyd edək ki, sizdə ASSIST Finance (link veriləcək: https://client.assistfinance.az/register ) vasitəsilə maliyyə bazarında öz yerinizi tuta bilər, yerli və xarici səhmlərə, istiqrazlara yatırım edə, həmçinin birja ticarəti ilə gəlirlərinizi yüksəldə bilərsiniz.