RU

Bank BTB MİDA xətti ilə verilən Güzəştli İpoteka kreditləri üzrə aparıcı bank mövqeyini qoruyur

Güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən mənzillərin alınması üçün Bank “BTB”-yə müraciət edə bilərlər.

Qeyd edək ki, MİDA 2016-cı ildən fəaliyyət göstərir və Bank “BTB” 2017-ci ildən etibarən bu Agentliklə əməkdaşlıq edir. Artıq 7 il ərzində bank 4%-lə güzəştli ipoteka kreditləri təklif edir. Bu günə qədər Bank “BTB” vasitəsilə 1400 vətəndaşa 59 milyon manatdan çox güzəştli MİDA krediti verilib.

        Bank, MİDA mənzillərinin alınması üçün ilkin ödəniş 10% olmaqla, illik 4%-lə, 30 il müddətə, 100 000 AZN məbləğə qədər güzəştli ipoteka kredit təklif edir. MİDA xətti ilə satılan mənzillər üzrə kreditin rəsmiləşdirilməsi bir (1) iş günü ərzində, 0 komissiya ilə həyata keçirilir. Həmçinin, bank tərəfindən mənzil sahiblərinə dəyərli hədiyyələr təqdim olunur.

Beləliklə, Bank “BTB”-dən güzəştli ipoteka krediti üçün müraciət etməyə üç əsas səbəb:

Ən sərfəli kredit üçün müraciət et

Избранный
35
1
banco.az

2Источники