RU

Mövsüm dəyişikliyi hansı psixoji hallara səbəb olur? 

Mövsümi dəyişikliklər təkcə insanın iş həyatına təsir etmir. Eyni zamanda immunitet sisteminə də mənfi təsir göstərir. Belə olduğu halda  orqananizmin xəstəliklərə yoluxma riski artır.

Bəzi məqamlarda bu dəyişikliklər psixolji mental vəziyyətinə də təsir edir. Belə hallar  daha çox həssas sinir sisteminə sahib insanlara aid edilir. İnsanların isti yay mövsümündən soyuq aylara keçid etməsi, onlarda mövsümi depresiyanın və ya melanxoliyanın yaranmasına səbəb ola bilər. Ümumi olaraq bir çox insan payız qış aylarında özünü daha çox yorğun, halsız hiss edir. 

Psixoterapevt, INSUN Yaşam Mərkəzinin mütəxəssisi Roza Şıxlinskaya "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, belə hallar günəş işığının azalması nəticəsində baş verir: "Mövsüm dəyişikliyi zamanı yaranan emosional dəyişikliyin bir neçə səbəbi olur.  Onlardan biri serotonin(xoşbəxtlik) hormononunun azalması ola bilər. Bunun nəticəsində insan özünü daha kədərli və məyus hiss edə bilər. İnsanın yuxuya getməyinə səbəb olan melotanin hormonunun səviyyəsi payız və qış aylarında aşağı düşdüyü üçün, insanlar özlərini yorğun və əzgin hiss edə bilirlər. Belə olduğu halda insanlar ilk olaraq endekronoloji və psixoloji müayinədən keçməlidir. Bu zaman mütəxəssislər tərəfindən lazımı vitaminlər və müalicələr yazılır. Nəticədə ümumi əhval-ruhiyyə normallaşdırıla bilər".

R. Şıxlınskaya son olaraq onu da  qeyd edib ki, eyni zamanda aktiv həyat tərzi və günəş enerjisini çox qəbul etmək, açıq havada yürüş etmək də, əhval ruhiyyəni yaxşılaşdıra bilər.

Havar Şəfiyeva

Избранный
38
yeniazerbaycan.com

1Источники