RU

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır (VİDEO)

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyəkeyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi,sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsiməqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların)yaradılması işləri davam etdirilir.

Trend xəbər verir ki,noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramıçərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasındaqurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətəbaşlayır.

Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181min sərnişin daşınır.

“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarınıoptimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxtitkisinin qarşını almaq məqsədilə Azadlıq prospektinin ŞəmsiBədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlarquraşdırılıb, Azadlıq prospektinin bu hissəsində avtobusların əksistiqamətdə hərəkəti üçün zolaq salınıb. Bu yenilik NMM-inərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti vəsərnişinlərin rahatlığını təmin edəcək.

Azadlıq prospektində hərəkətin yenidən təşkili AYNA tərəfindənxüsusi proqram təminatı vasitəsilə simulyasiya da edilib.

Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişiqadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqlarısalınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəmmarşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrikavtobusları üçün enerji doldurma cihazları quraşdırılıb.Yenidənqurmadan sonra meydanda yaradılan şərait onu modern üslubdatərtib edilən və şəhərin görkəminə əlavə gözəllik qatan daha birpopulyar ictimai məkana çevirməyə imkan verib.

Избранный
28
44
az.trend.az

10Источники