RU

Türk Dövlətləri Təşkilatı 3-cü dünya müharibəsi təhlükəsinə qarşı real güc kimi...

Image

Təbriz Musayev: “TDT-nin dünyada güclü bir güc mərkəzinə çevrilməsi qaçılmazdır”

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şüarı altında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilir. 

Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirəcək, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparırlar. Zirvə görüşündə TDT-də müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak edir.

O da məlumdur ki, Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. O da bir reallıqdır ki, üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıqlar artır. Ukrayna-Rusiya müharibəsi səngimir, Yaxın Şərqdə qan su yerinə axır, Tayvan adası ətrafında gərginlik artır. Avropa Şurasının rəhbəri Şarl Mişel bəyan edib ki, üçüncü dünya müharibəsi təhlükəsi çox reallaşıb. Onun fikrincə, hazırda bütün dünya son dərəcə təhlükəli an yaşayır: “Üçüncü dünya müharibəsi realdır, lakin biz bundan qaça bilərik və bunu etməliyik. Tarixin axarını dəyişmək hələ də mümkündür”.

Bütün bunların fonunda, dünyanın dünya müharibəsinə doğru hərəkətliliyinin zəiflədilməsində, qarşısının alınmasında TDT-nin nə kimi təsiri, rolu ola bilər?

“Təşkilat malik olduğu imkanlarla gözlənilən üçüncü dünya müharibəsini önləyə bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, TDT müəyyən qədər gözlənilən təhlükəni önləmək gücündədir: “Çünki TDT-nin yaradılması tarixi o qədər də böyük olmasa da, bu təşkilat çox ciddi imkanlara malikdir. Məsələ ondadır ki, TDT-də təmsil olunan dövlətlər zəngin resurslara malikdilər. Həm zəngin yeraltı və yerüstü təbii resurslara malikdilər, həm də bu dövlətlərdə yaşayan əhali gəncdir. Böyük əməkçi qüvvəyə malikdilər. Bu dövlətlərin içində NATO ölkəsi olan Türkiyə, Avropa ilə Asiyanı birləşdirən Azərbaycan kimi dövlətlər var. TDT-in dünyada güclü bir güc mərkəzinə çevrilməsi qaçılmazdır. Çünki proseslər sürətlə buna doğru gedir. Bu, ölkələr arasında hərtərəfli əməkdaşlıq dərinləşməkdədir. Ona görə də TDT dünyada artan gərginliyi azaltmaq potensialına malikdir. Təşkilat malik olduğu imkanlarla gözlənilən üçüncü dünya müharibəsini önləyə bilər. Əvvəl-axır TDT-nin bu gücü ilə hesablaşacaqlar”.

Vidadi ORDAHALLI





Избранный
55
baki-xeber.com

1Источники