RU

32 həftəlik hamilə qadın virusa yoluxma səbəbindən qəflətən ÖLDÜ

Rusiyada 32 həftəlik hamilə qadın qəflətən ölüb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Podolskda 32 həftəlik hamilə qadın Türkiyədən turistlər tərəfindən gətirilə bilən Koksaki virusuna yoluxma ehtimalı səbəbindən qəflətən ölüb.

Ölümündən bir həftə əvvəl 44 yaşlı qadın səhhətinin pisləşməsindən şikayət edib və ölümündən bir az əvvəl sarılıq əlamətləri yaranıb.

Paytaxt Moskva ətrafında artıq virusa yoluxma halları qeydə alınıb. Əsas simptomlar: ürəkbulanma, səpgi, zəiflik, əzələ ağrısı, qızdırma, ishal. Virus sinir sisteminə, ürəyə və qaraciyərə təsir edə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
61
interpress.az

1Источники