Bakı. Trend:
Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı”elan olunub.
Trend-in məlumatına görə, bu barədə qərar TDT Dövlət BaşçılarıŞurasının Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbuledilib.
Qeyd edək ki, TDT ölkələrinin liderləri növbəti sammitin 2025-ciildə Azərbaycanda keçirilməsi ilə bağlı razılığa gəliblər.
Quruma sədrliyin Qazaxıstandan Qırğızıstana keçdiyi iclasınsonunda dövlət başçıları Bişkek Sammitinin Bəyannaməsiniimzalayıblar.
TDT ölkələri, həmçinin, gələn il Macarıstanda təşkilatınqeyri-rəsmi sammitinin keçirilməsi barədə razılığa gəliblər.