RU

Bu tarixdən bəzi şəxslər sürət qatarından pulsuz istifadə edəcəklər - RƏSMİ

"9-24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək".

Bu barədə  İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı - Fast Track yaradılıb,  iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub. 

Fast Track-sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir",-deyə məlumatda qeyd olunur.

Избранный
41
9
iqtisadiyyat.az

8Источники