RU

“Mənim üçün fərq etmir, hər ikisinə peşəkar yanaşıram” – Orxan Sadıqlı elitanı niyə 2-ci liqaya dəyişdi?

Yay fasiləsində “Sumqayıt”dana ayrılanlar sırasında Orxan Sadıqlı da var idi.

Uzun müddət işsiz qalan qapıçı, nəhayət, yaxınlarda “Hypers Quba”ya keçdi. Bizdə olan bilgiyə görə, Sadıqlı bir müddət əvvəl “Xankəndi” ilə anlaşıbmış. Lakin sonradan Quba təmsilçisinin daha sərfəli təklifini qəbul edib. Amma o, meydana mövsümün ikinci yarısından çıxacaq. Bu da onun transferindəki qarışıqlıqla bağlıdı. İşin maraqlı tərəfi iddiası böyük olduğunu söyləyən futbolçunun 2-ci liqaya getməsidi.

Orxan “Hypers Quba”ya transferi ilə bağlı “Football-plus.az”a danışdı:

“Baş məşqçi özü mənə zəng elədi. Vüqar Nadirovla danışığımızdan sonra rəhbərliklə görüşdük, qərar verdik ki, komandaya kömək edək. İllər öncə futbola başlayanda 2-ci liqa yox idi. Sadəcə, həyat belə gətirdi. İstərdim ki, premyer-liqada qalıb oynayım. Amma təkliflər gəlmədiyi üçün bunu dəyərləndirməli oldum. Mənim üçün fərq etmir. Hər ikisinə peşəkar yanaşıram, məşqlərdə də əlimdən gələni edirəm. Burda olmaqla komandaya kömək edirəm. Hələ cavanam, karyeramı bitirmək barədə fikirləşmirəm. Həmişə xaricdə oynamaq istəyim olub. Bundan sonra olarsa, dəyərləndirəcəm”.


RÖYANƏ OĞUZ
Избранный
34
football-plus.az

1Источники