RU

Bu şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edəcəklər

COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər 9-24 noyabr tarixlərində dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcəklər.

Bu məlumat Avtosfer.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidmətindən verilib.

Qeyd olunub ki, bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı - "Fast Track" yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.

"Fast Track" sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Buraya Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir",- deyə məlumatda bildirilir.

Избранный
62
9
avtosfer.az

8Источники