RU

Dünyanın ən bahalı şirkətinin adı açıqlandı

Amerikalı çip istehsalçısı "Nvidia" yenidən kapitallaşmaya görə "Apple"ı keçərək dünyada birinci yeri tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Məlumata görə, bir gün əvvəl "Nvidia" səhmləri 2,84% bahalaşaraq hər səhm üçün 139,91 dollardan bağlandı. Nəticədə şirkətin bazar dəyəri 3,43 trilyon dollara çatıb. Əsas sessiyanın sonunda iPhone istehsalçısının kapitallaşması 3,38 trilyon dollar təşkil edib.

Dünyanın ən dəyərli şirkətləri arasında üçüncü yer hazırda "Microsoft"a məxsusdur . İT nəhənginin kapitallaşması hazırda 3,06 trilyon dollar həcmində qiymətləndirilir.


Müəllif: Arzu
Избранный
40
1
teleqraf.com

2Источники