ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin pilotlarından ibarət komanda bir neçə idarə olunan daşıyıcı aparatla təchiz edilmiş silahsız “Minuteman III” qitələrarası ballistik raketi buraxıb.
Bu barədə ABŞ Kosmik Qüvvələrinin Vandenberq bazasının mətbuat xidməti məlumat yayıb. Buraxılış ABŞ-ın nüvə qarşısının alınmasının “təhlükəsiz, etibarlı və effektiv olduğunu və 21-ci əsrin təhdidlərinin qarşısını almaqda və müttəfiqlərimizi əmin etməkdə” olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Oxşar sınaqlar 300 dəfədən çox həyata keçirilib və bu sınaq “cari dünya hadisələrinin nəticəsi deyil”, – mətbuat xidməti qeyd edib.
“Minuteman III” təxminən 4200 mil (6759 km) məsafəni qət edərək, Sakit Okeanda Marşal adalarındakı sınaq sahəsinə çatıb. Sınaq buraxılışı “çoxlu tərəfdaşların iştirakı ilə aylarla davam edən hazırlığın kulminasiya nöqtəsi” idi, – ABŞ ordusundan bildirilib.
//Samir Qurbanov, Editor.az