RU

Bədavi: "Vəziyyəti yaxşılaşdırmağa çalışırıq"

style='margin-bottom:10px;'>

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Bodo Qlimt" komandasına qarşı oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, o deyib: "Sabah bizi çox çətin oyun gözləyir. “Bodo-Qlimt” həm müdafiədə, həm hücumda balanslı komandadır. Eyni zamanda, bir məsələni də anlayırıq ki, xalımız yoxdur və sabah ilk xallarımızı qazanmaq istəyirik".

33 yaşlı müdafiəçi "Avroliqada yaxşı oyunlarınıza baxmayaraq, nəticələriniz uğursuzdur. Bunun səbəbi nədir?" sualına belə cavab verib: "Səbəbini demək çətindir. Xoş məqam odur ki, bizim fürsətlərimiz çox olur, çoxlu hücum edirik. Bəzən gözlənilməz hadisələr də olur. “Ayaks”la matçda qırmızı vərəqə hadisələri dəyişdi. “Tottenhem”lə oyuna da yaxşı başladıq, qol imkanları yaratdıq, amma qol vura bilmədik. Vəziyyəti yaxşılaşdırmağa çalışırıq, öz səhvlərimiz üzərində işləyirik. Ümid edirəm ki, çalışmağa bu cür davam etsək, növbəti oyunlarda vəziyyəti dəyişə biləcəyik".

B. Hüseynov süni ot örtüyündə oynayacaqlarından da söz açıb: "Süni örtüklü meydança bizə uyğun deyil. Bu, rəqib üçün üstünlükdür. Onlar buna öyrəşiblər. Onların “Portu” ilə oyunlarını izləmişik. Çox kompakt komandadır. Demək olar ki, 11 nəfərlə müdafiə olunmağı bacarırlar. Hər şeyi keyfiyyətlə edirlər. Əlbəttə ki, bizim öz fikirlərimiz var. Bu haqda indi danışmayacağam, sabah meydanda göstərmək istəyirik. “Bodo-Qlimt”in də zəif cəhətləri var. Hər şey ondan asılıdır ki, 90 dəqiqə ərzində tapşırıqları necə yerinə yetirə biləcəyik". 

Избранный
38
teleqraf.com

1Источники