RU

"Barselona" Premyer Liqa nəhənglərinin elçi düşdüyü oyunçusu ilə bağlı qərarını verdi

"Liverpul", "Mançester Yunayted" və "Nyukasl" kimi Premyer Liqanın nəhəng klublarının marağına baxmayaraq, Mark Kasado "Barselona"da qalacaq.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, baş məşqçi Hans-Diter Flik və idman direktoru Deku onu klubun gələcək layihəsində əsas oyunçu kimi görürlər. Mark Bernalın zədələnməsindən sonra Pedri ilə yanaşı, Mark Kasadoya da əsas heyət üzvü gözü ilə baxılmağa başlayıb.
 
Bu yaxınlarda "Barselona" ilə müqaviləsini 2028-ci ilə qədər yeniləyən 21 yaşlı yarımmüdafiəçisinin anlaşmasına 100 milyon avroluq sərbəst qalma maddəsi daxil edilib.

Mirağa

Избранный
9
fanat.az

1Источники