RU

Rəsmi Pekindən Trampın prezident seçilməsinə reaksiya: "Çinin mövqeyi bəllidir"

ABŞ-ın yenidən prezidenti seçilən Tramp bütün dünyanın diqqətini özünə çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq bir çox ölkələr onu ya təbrik edib, ya da seçilməsinə şərh verib.

 Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, ABŞ-da kimin prezident olmasından aslı olmayaraq, Çinin mövqeyi bəllidir: "Əlbəttə, Çin dinc və sabitlik tərəfdarıdır. Çinin ABŞ siyasəti də sistemli, dəqiq və aydındır. Biz ABŞ-la münasibətlərimizin qarşılıqlı hörmət, dinc yaşamaq və "qazan-qazan" prinsipiylə inkişafında maraqlıyıq".

Lamiyə Əhmədli

MİA.AZ

Избранный
36
mia.az

1Источники