RU

İsrail Livandakı əməliyyatları genişləndirə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Herzi Halevi Livanda quru əməliyyatını genişləndirmək planlarının hazırlanmasına çağırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, əməliyyat vəziyyətinin qiymətləndirilməsi ilə bağlı keçirilən iclasda bildirib.
"Livanda tənzimləməyə nail olmaq üçün diplomatik səylərə əlavə olaraq, quru hərbi əməliyyatlarının genişləndirilməsi planlarının hazırlanmasına davam etmək lazımdır. Zərurət yaranarsa, bu planlar işə salınacaq", - deyə Baş Qərargah rəisi bəyan edib.
Halevi qeyd edib ki, SAXAL "bütün regionda - Livanın cənubunda, Beka vadisində, Beyrutda və Suriyada planlaşdırıldığı kimi "Hizbullah" hədəflərinə hücumu davam etdirir".
Избранный
89
41
oxu.az

10Источники