RU

Yaponiya sahillərində güclü zəlzələ oldu

Oqasavara adasından 193 km cənubda (Bonin adaları, Yaponiya) Filippin dənizi sularında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.

Məlumata əsasən, qeydə alınan zəlzələ "çox güclü" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidmətindən bildiriblər ki, zəlzələnin maqnitudası 5,8 təşkil edib. Həmçinin, Amerika seysmoloqları "UTC" vaxtı ilə saat 00:11-də bu ərazidə 5 bal gücündə təkrar zəlzələ qeydə alıblar. Onların məlumatına görə, zəlzələnin ocaqları müvafiq olaraq 8 və 19 km dərinlikdə yerləşib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
59
3
milli.az

4Источники