RU

COP29 zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər

Bakı. Trend:

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədarHeydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat vətəhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklərtətbiq edəcək. Sərnişinlərə bu dövrdə səyahətlərini öncədənplanlaşdırmaları tövsiyə olunur.

10-14 noyabr tarixlərində yalnız aviabileti olan sərnişinlərTerminal 1 və Terminal 2-yə daxil ola biləcəklər. Yola salan vəqarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasınınqarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur.

Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusitəyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən 10-14noyabr tarixlərində hava limanı ərazisində nəqliyyat vasitələrininpark edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərindüşürülməsi mümkün olacaq. Avtomobillərini 10 noyabr tarixindənəvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən buməhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks haldaavtomobilləri ərazidən evakuasiya ediləcək.

Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi →Yusif Səfərov küçəsi → İzzət Orucova küçəsi → Fəzail Bayramovküçəsi → 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələritövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçünMərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhətgörülür.

COP29 müddətində (10-22 noyabr) H1 və H2 ekspres avtobuslarısərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq. H1avtobusu 10 dəqiqəlik intervalla "28 May" metro stansiyası, H2 isə15 dəqiqəlik intervalla "Əhmədli" metro stansiyası marşrutları üzrəfasiləsiz xidmət göstərəcək. Gediş haqqı ödənişsiz olacaq.

Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq,uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxtitkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahişolunur.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu, COP29 dövründəyüksək sərnişin axını zamanı fasiləsiz və keyfiyyətli xidmətintəmin olunması üçün gücləndirilmiş iş rejimində bütün zəruritədbirləri görməkdədir.

Избранный
35
33
az.trend.az

10Источники