RU

Ərinə maaş verməyən müdirini vəhşicəsinə ÖLDÜRDÜ

Rusiyanın subyekti olan Yakutiyada 53 yaşlı qadın ərinə az maaş verən müdiri pıçaqlayaraq öldürüb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə evli cütlüyün təşkil etdiyi ziyafətdə baş verib.

Məclisdə içkili olan sahibə ərinin maaşının az olmasından müdirə şikayət etməyə başlayıb. Mübahisə zamanı qadın bıçağı götürərək özünün dəvət etdiyi ərinin müdirinin buduna, əlinə və kürəyinə bir neçə dəfə bıçaq zərbəsi endirib.

Həkimlər faciə yerinə gəlsələr də, qurbanı xilas edə bilməyiblər. Qadına qarşı cinayət işi açılıb. Qadın həbs edilib.

Faktla bağlı araşdırma gedir.

Избранный
21
medianews.az

1Источники