RU

Xaricdən alınan mərci marketlərdə 2 dəfədən çox baha satılır - Qiymətlər

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 4 min 978,39 ton miqdarında qurudulmuş mərci gətirilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsil idxalına 4 milyon 362,22 min ABŞ dolları vəsait xərclənib. İdxal olunan mərcinin bir kiloqramının orta gömrük qiyməti 0,87 dollar (1,49 manat) olub. 

Bu dövrdə ən çox mərci Qazaxıstandan alınıb. Belə ki, bu ölkədən alınan 2 min 454,25 ton miqdarda mərciyə 2 milyon 47,89 min dollar vəsait xərclənib.

Azərbaycana mərci gətirilən ölkələr ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

 

  Qurudulmuş mərci Miqdar (ton)  Məbləğ (min ABŞ dolları)
  Qazaxıstan 2454,25 2047,89
  Qırğızıstan 773,6 694,01
  Rusiya 1703,95 1561,09
  Birləşmiş Ərəb Əmirlikləri 5,05 11,12
  Kanada 10 11,36
  Türkiyə 31,47 36,43
  Almaniya 0,08 0,31
    Valyuta.az

Cari ilin sentyabr ayında Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan idxal mərcinin bir kiloqramının orta qiyməti 3,72 qəpik olub. 

Hesablamalardan göründüyü kimi idxal olunan mərcinin bir kiloqramı marketlərdə 2,23 və ya 2,5 dəfə baha satılır.

Əvəz Həsənov

Избранный
42
valyuta.az

1Источники