RU

Almaniyada böhran: Hökumət dağılır...

Almaniya kansleri Olaf Şolts koalisiya ortağı FDP-nin lideri, maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib. Qərardan sonra Azad Demokrat Partiyası (FDP) bütün nazirlərini hökumətdən geri çəkərək faktiki olaraq koalisiyadan çıxıb.

Turkustan.az xəbər verir ki, bütün dünyanın diqqəti ABŞ-da prezident seçkilərinə yönəldiyi bir vaxtda Almaniyada siyasi böhran yaranıb. Almaniya kansleri Olaf Şolts Almaniya koalisiya hökumətinin tərəfdaşlarından biri olan FDP lideri, maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.

Ölkə mətbuatında yer alan xəbərlərdə koalisiya hökumətini quran Sosial Demokrat Partiyası (SPD) ilə Yaşıllar və FDP səlahiyyətlilərinin fikir ayrılıqlarını həll etmək üçün Baş Nazirlikdə bir araya gəldiyi bildirilib.

Görüşdən sonra Almaniya kansleri Olaf Şolts koalisiya tərəfdaşlarından biri olan FDP lideri, maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.

Bildirilib ki, FDP lideri Lindner bu görüşdə kansler Scholz-a erkən seçki təklif edib, lakin Şolts bunu rədd edib.

Xəbərdə prezident Frank Valter Ştaynmayerin də hökumət böhranı səbəbilə işə keçdiyi və partiya liderləri ilə görüşü gözlənildiyi qeyd edilib.

Almaniyada koalisiya partnyoru Azad Demokrat Partiyası (FDP) bütün nazirlərini hökumətdən geri çəkmək və faktiki olaraq koalisiyadan çıxmaq qərarına gəlib.

FDP Bundestaq Qrupunun sədri Kristian Dürr Berlində verdiyi açıqlamada partiya lideri, maliyyə naziri Kristian Lindnerin vəzifəsindən uzaqlaşdırılmasından sonra FDP-nin bütün nazirlərinin hökumətdən çəkildiyini bildirib.

Dürr bütün FDP nazirlərinin istefalarını prezident Frank-Valter Ştaynmayerə təqdim edəcəklərini bildirib.

Belə ki, FDP Sosial Demokrat Partiyası (SPD) və Yaşıllarla koalisiya ortaqlığından çıxmaq qərarına gəlib.

İşdən çıxarılan maliyyə naziri Linder Bundestaqda hökumət tərəfdaşları arasında yaranan gərginliklə bağlı açıqlama verib.

FDP sədri Lindner, "Baş nazir (Olaf Şolts) konstitusiyadakı borc əyləcini dayandırmağımı tələb etdi. Bunu qəbul edə bilmədim, çünki bu, andımı pozacaq. Buna görə də kansler mənimlə və FDP ilə əməkdaşlığı ləğv etdi. Bu axşam koalisiyanın iclasında”.

Yeni federal hökumətin qurulmasını asanlaşdırmaq və Almaniyanın hərəkətliliyini təmin etmək üçün kansler Şolts-a erkən seçkilər təklif etdiyini qeyd edən Lindner, "Kansler koalisiya iclasında bu təklifi sərt şəkildə rədd edib" dedi.

Almaniya "Yeni İqtisadi Dinamiklər" adlı böyümə paketi ilə çətinlik çəkir.

Xüsusən də FDP-nin fiskal baxımdan şahin mövqeyi partnyorları 2025-ci il üçün hazırlanacaq büdcə ilə bağlı fikir ayrılığına gətirib çıxarıb və ölkədə hökumət böhranı mühiti yaradıb.

Maliyyə naziri Kristian Lindner və İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek iqtisadiyyatı stimullaşdırmaq üçün müxtəlif və müstəqil təkliflər təqdim ediblər.

Tərəflər arasında razılaşdırılmış şəkildə verilməyən bu təkliflər koalisiyada dərin parçalanmanın olduğunu göstərdi.

Koalisiya tərəfdaşları büdcə komissiyası iclas keçirib büdcəni yekunlaşdırana qədər bağlanmalı olan milyardlarla avro kəsir və iqtisadi böhrandan çıxmaq üçün izlənəcək yolda çətinlik çəkir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
60
5
turkustan.az

6Источники