‘’Trendyol”un Azərbaycandakı müştəriləri üçün həyata keçirdiyi ‘’Super alış-veriş günləri’’ kampaniyasının reklam siması Türkiyənin pop ulduzu, unudulmaz performansı və səhnə şousu ilə izləyicilərin rəğbətini qazanan Hadisədir.
“Qafqazinfo” xəbər verir ki, müştərilərə əsl endirim festivalı əhval-ruhiyyəsini yaşadacaq “Super alış-veriş günləri”nə özəl olaraq hazırlanan “Trendyol təbii ki” adlı tanıtım melodiyasını isə Azərbaycanın “Eurovision’ təmsilçisi, müğənni Fahree (Fəxri İsmayılov) səsləndirib.
Həmçinin noyabrın 6-dan başlayaraq ‘’Trendyol’’un instaqram səhifəsini izləyən və dostlarını işarələyən istifadəçiləri şirkətdən hədiyyə gözləyir.
Bu şərtləri yerinə yetirən iştirakçılar arasından 10 nəfər təsadüfi seçimlə təyin olunacaq.
Qaliblər Hadisənin dekabrın 7-si Bakıda keçiriləcək konsertinə bilet qazanacaqlar.
Qeyd edək ki, “Super alış-veriş günləri” ‘’Trendyol’’ istifadəçilərinə seçilmiş məhsullar üçün 60 faizədək endirim fürsəti verir. Əlavə olaraq, alış-veriş həvəskarları “SUPER20” kodu ilə 20 faiz endirim imkanı qazanaraq arzuladıqları məhsula sahib olacaqlar.