Xocavənd 500 ailəlik qəsəbədə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında 08 Noyabr - Zəfər Günü münasibəti ilə “Sənə zəfər yaraşır” devizi altında Vətən müharibəsi qaziləri və veteranları ilə görüş keçirildi. Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektoru və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Vətən müharibəsi qaziləri və veteranları, Xocavənd rayonunun fəal gəncləri, hərbi xidmətdə olan gənclər qatılmışdır. “Zəfər Günü”nü qazi və veteranlarımızın iştirakı ilə qeyd etmək, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş döyüşçüləri gənclər arasında tanıtmaq, dövlət tərəfindən Azərbaycan gəncliyinin tərəqqisi naminə həyata keçirilən məqsədyönlü işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, döyüşlərdə şücaəti ilə seçilən qazi və veteranlara ehtiram göstərmək, onların keçdiyi şərəfli döyüş yolunu yeni nəslə nümunə göstərərək gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədi ilə keçirilən tədbirdə 61 nəfər iştirak edirdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта