Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsindən azad edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Orxan Teymur oğlu Kərimov işdən çıxarılıb.
Kərimov Orxan Teymur oğlu 1987-ci ildə Bakı şəhərində anadan olub.
2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini “Maliyyə-kredit” ixtisası üzrə bitirərək bakalavr, 2011-2012-ci illərdə Birləşmiş Krallığın Belfast şəhərindəki Queens Universitetinin Menecment fakültəsini “Maliyyə və mühasibatlıq” ixtisası üzrə bitirərək magistr elmi dərəcəsini alıb.
2012-2017-ci illərdə SOCAR-ın müxtəlif idarələrində mühasib və iqtisadçı, 2017-2020-ci illərdə “Deloitte” şirkətində auditor vəzifəsində işləyib. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 26 fevral tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 1 övladı var.