RU

Şuşa sakini: "Artıq öz evimizdə, öz torpağımızdayıq" - VİDEO

Şuşadan olan keçmiş məcburi köçkünlər bu ilin may ayından etibarən doğma şəhərdə daimi məskunlaşmağa başlayıblar. Şəhər günbəgün dirçəlir, yenidən qurulur, abadlaşır. Hədsiz sevinc hissi keçirilən sakinlə yeni mənzillərdə rahat yaşayırlar. Onlar uzun illər arzusunda olduqları qayıdışa, şəhərdə layiqli və təhlükəsiz həyat şəraiti yaradılmasına görə  Prezident,Müzəffər Ali Baş Komandana, hər zaman onların qayğısına qalan, problemlərini diqqət mərkəzində saxlayan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardırlar. Topraqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, bu yolda sağlamlığını itirən qazilərimizə şəfa diləyirlər. 
 
Xatırladaq ki, hazırda Şuşa şəhərində 220 ailə (823 nəfər) daimi məskunlaşıb. 
 
Moderator.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırladığı və Şuşa şəhərinə həsr olunmuş videoçarxı təqdim edir.
 
//