RU

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

Bakı. Trend:

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud”xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri vəehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Elmvə Təhsil Nazirliyi (ETN) olub.

Nazirliyin tabeliyindəki Təhsil Sistemininİnformasiyalaşdırılması İdarəsi (TSİİ) informasiya sistemləri vəehtiyatlarını qismən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin(RİNN) tabeliyindəki “AzInTelecom” MMC-yə məxsus Bakı DataMərkəzinə yerləşdirib. TSİİ “Hökumət buludu” layihəsi çərçivəsindəYerləşdirmə (Colocation) xidmətindən istifadə etməklə informasiyaresurslarını miqrasiya edərək kritik sistemlərin yüksəkəlçatanlığını təmin edib.

Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən “Hökumət buludu”layihəsinin icraçısı “AzInTelecom” MMC-dir. Layihə çərçivəsindədövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı vəYevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyatakeçirilir. Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası iləcari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığıartır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin dahada təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna,operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIERIII” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətəməxsus data mərkəzləri, həmçinin “ISO 20000”, “ISO 22301” və “ISO27001” sertifikatlarının tələblərini ödəyir.

Избранный
7
40
az.trend.az

10Источники